Dünya

Blinken: “İranın nüvə proqramı yanlış yöndə irəliləyir”

Amerikanın Xarici İşlər vəziri Antoni Blinken İranın atom proqramının yanlış yöndə irəlilədiyini bildirib. Vəzir qeyd edib ki, İran və Amerika yeni bir atom anlaşmasına imza atmaq istəyirsə, öncəki anlaşmadan daha ayrıntılı və güclü bir razılaşma üzərində işləməlidirlər.
Antoni Blinken, eləcə də İranın ballistik raket proqramı və bölgədəki “sabitliyi pozan addımları”nın həll edilməsinin gərəkliliyini vurğulayıb. Onun sözlərinə görə, İranın atom öhdəliklərinə qayıtması mütləqdir.
Qeyd edək ki, İranın atom və ballistik raket proqramı dünya ölkələri üçün ciddi təhdidə çevrilib. Belə ki, 2015-ci il anlaşmasındakı öhdəliklərinə əməl etməyən İran atom silahı ürətimini həyata keçirəcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button