İran

Riza Cəfəri hökumətin Güney Azərbaycana qarşı siyasətini qınayıb

Şərqi Azərbaycanın Yemək Sənayesi Birliyinin dəbiri Riza Cəfəri İran hökumətinin Güney Azərbaycanla bağlı siyasətini tənqid edib. Onun sözlərinə görə, İsfahan və Kirman ustanlarına qoyulan sərmayələrin həcmi Güney Azərbaycan ustanlarına ayrılan vəsaitlə müqayisədə kifayət qədər yüksəkdir. Riza Cəfəri bildirib ki, İranda Güney Azərbaycan bölgələrinə qarşı ayrı-seçkilik hələ də qalmaqdadır.
“Bizə qarşı seçici münasibətin olduğunu təsdiqləyən bir çox sübutlar var. Əvvəllər Təbrizin qərb bölgəsi tamamilə sənaye şəhərciyi kimi fəaliyyət göstərib. Burada məşğulluq səviyyəsi də kifayət qədər yüksək olub. Ancaq hazırda həmin ərazilərdə yerləşən sənaye mərkəzləri tamamilə məhv edilib, dağıdılıb”, – deyə Riza Cəfəri vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button