Dünyaİran

Robert Mali: Ərəbistan, Qətər və İmarata səfərlərim zamanı atom anlaşmasını müzakirə edəcəyəm

Amerika dövlətinin İran üzrə özəl elçisi, Robert Mali oktobrın 15-i, cümə günü İmarat, Qətər və Ərəbistanına gedərək, atom anlaşmasını və bölgəsəl mövzularda, bu ölkələrin yetkililəri ilə danışıqlar aparacağını bildirib. Bu arada Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı deyib ki, İbrahim Rəisi dövlətinin və timinin atom dosyesini araşdırması və hazırlaşması üçün vaxtı bitib və indi sözügedən anlaşmanın canlandırılması ilə bağlı, danışıqlara yenidən başlamağın vaxtıdır. “Associated Press”-in verdiyi xəbərə görə, Robert Mali iki gün öncə, Ərəbistan, Qətər və İmarata səfər öncəsi deyib ki, Amerika dövləti hələ də İranın atom proqramı ilə bağlı, ixtilafı həll etmək üçün diplomatiyadan istifadə etməyi üstün tutur. Amma, bununla yanaşı o, başqa seçənəklərlə bağlı məsləhətləşmələrin gərəkli olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button