İdman

Ronaldonun transfer qiyməti 5 milyon avro ucuzlaşdı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun transfer qiyməti 15 milyon avroya düşüb.

Qol.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı Pro Liqası oyunçularının qiymətində son dəyişiklikləri dərc edən ixtisaslaşmış Transfermarkt portalı təqdim edib.
38 yaşlı futbolçu çempionatın ən bahalı oyunçusu statusunu qoruyub saxlasa da, indi o, komanda yoldaşı Taliska ilə qiymət baxımından birinci yeri bölüşür. Son reytinqin dərcindən bəri Kriştianonun qiyməti 5 milyon avro ucuzlaşıb, Taliskanın qiyməti isə 1 milyon avro bahalaşıb.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”ə 2022-cü ilin dekabrında azad agent kimi keçib. 2014-cü ilin oktyabrında “Qızıl top”un beşqat qalibi ən yüksək qiymətə imza atıb. O zaman Transfermarkt Kriştianonu 120 milyon avro dəyərində qiymətləndirib.2018-ci ilin iyulunda “Yuventus” “Real”a 117 milyon avro ödəyib.Bu, Ronaldonun karyerasında rekord transferdir.
Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.

Related Articles

Bir cavab yazın

Back to top button