İran

Ruhani: “Nüvə razılaşması ilə bağlı dəyişiklikləri müzakirə etməyəcəyik”

“Hərtərəfli birgə fəaliyyət planına yeni şərtlər əlavə oluna bilməz”. Bunu İran Prezidenti Həsən Ruhani bildirib. Vaşinqtonun atom anlaşmasına qayıdacağı ətrafında gedən danışıqları şərh edən Ruhaninin sözlərinə görə, birgə fəaliyyət planı asanlıqla əldə olunmayıb: “Onun işlənməsi və müzakirəsi üçün 10 ilə yaxın vaxt tələb olunub. Buna görə də planın heç bir bəndi dəyişdirilə və ya ona yeni şərtlər əlavə oluna bilməz”.

İran Prezidenti eləcə də Amerikanı beynəlxalq qətnamələri riayət etməyə çağırıb. Razılaşmanı ölkəsinin deyil, rəsmi Vaşinqtonun pozduğunu iddia edib. Ruhani bəyan edib ki, İranın öhdəliklərini yerinə yetirməsi Amerikanın yanaşmasından asılı olacaq. Bildirək ki, İran illərdir atom silahı əldə etmək uğrunda mübarizə aparır. Bu yolda xalqının mənafelərini qurban verir və yoxsulluğa sürükləyir. Yaşananlar bütün dünyanın nigaranlığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button