İran

Ruhani: “Tehran ilhaqi protokoldan çıxacaq”

İran Prezidenti Həsən Ruhani atom anlaşmasında heç bir dəyişiklik edilməyəcəyini vurğulayıb. Ölkə başçısı Tehranın isfəndin 5-dən İlhaqi Protokoldan çıxacağını və heç bir problem yaranmayacağını açıqlayıb. Həsən Ruhani, eləcə də Beynəlmiləl Atom Enerjisi Ajansının baş müdirinin Tehrana səfər edəcəyini bildirib.
İranın bu açıqlamasından sonra ajans məsələ ilə bağlı üzv ölkələrə bilgi verib. Rapora əsasən, ajansın baş müdiri Rafael Qrossi problemin qısa müddətdə həll edilməsinin gərəkliliyini vurğulayıb.
İran Prezidenti Amerikanın təhrimlərinə də diqqət çəkib. O, təhrimlərin ləğv ediləcəyi halda, ölkəsinin də öhdəliklərinə qayıdacağını bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button