İran

“Biz özümüz azərbaycanıq” kampaniyası

İranın Ziddi Türk əməllərinə qarşı Güney Azərbaycanda geniş ölçüdə hərəkətlər başlanıb.

ANT Xəbər verir ki,ictimai şəbəkələrdə özəlliklə Tuiter üzərindən “CAN AZƏRBAYCAN ÜÇÜN, BIZ ÖZÜMÜZ AZƏRBAYCANIQ DEYİRİK” başlıqlı Tuiter fırtınasından əlavə, Güney Azərbaycanın Zənqandakı azərbaycanlı milli fəallar İrandakı Azərbaycan millətinin Azərbaycan Cumhuriyətinə qarşı həssaslığını və bəzi İran nizami, siyasi və dini məmurlarının Azərbaycana qarşı təhdidlərinə cavab olaraq “Vətən xəritələrin üzərində cızılan sərhədlərdən böyükdür” yazılmış plakat açdılar!

Habelə Təbriz şəhərinin divarları üzərində də “ Güney Azərbaycan milləti Azərbaycan Cumhuriyəti ordusuna dayaqdı, Yaşasın Azərbaycan Cumhuriyəti, Qalx ayağa Azərbaycan və savaş olarsa biz Azərbaycan ordusunun yanındayıq” kimi şuarlar yazılıb.

Bunlardan əlavə, İranın məsullarına ən ağır və acı mesaj olaraq İran ordusunun tərkibindəki Azərbaycanlı nizamilərdən baş verib. Belə ki, İran ordusunun Araz çayı qırağında nizami manevrində iştirak edən güney Azərbaycanlı nizamilər Müxtəlif Vəziyətdə selah – sursatların  yanında Bozqur simgəsi tutaraq şəkil çəkib və sosyal şəbəkələrdə paylaşıblar. Bu isə İran meyilli bir çox şəxslərin və ümuiyətlə İrqçı panfarsların arasında qorxu yaradaraq ruh düşgünlüklərinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button