Həbs olunan sənətçilərin vəziyyətini araşdıran komitə üzvü Mehdi Kuhiyan məluamt yayıb.
Məlumatda sənətçinin məcburi hicab qaydalarını pozduğu və yaylıq əvəzinə papaqdan istifadə etdiyinə görə, cəzalandırıldığı bildirilir.
İki illik həbs cızas ilə yanaşısənətçinin iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi və ictimai qurumlara üzv olmasına qadağa qoyulub.
Xatırladaq ki, iyulun 5-də Tehran məhkəməsi Əfsanə Bayqanı çağıraraq, onun yaylıq bağlamadan papaq taxaraq teatra getməsinə görə aktrisaya qarşı ittiham irəli sürüb.
Əfsanə Bayqan son 40 ildə İran kinosunun ən məşhur simalarından biri və vətəndaşlar tərəfindən ən çox sevilən sənət adamıdır.
O, xüsusilə 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarında narazılara dəstək verib, hakimiyyətin repressiyalarını pislədiyi üçün hökumət tərəfindən təzyiqlərə məruz qalıb.