İran

Rusiyaya mal idxalında İranın payı yarım faizdən daha azdır

Rusiyanın 280 milyard dollarlıq idxalının 500 milyon dollardan azı, yəni yarım faizindən belə daha azı İranın payına düşür.

Bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının sədr müavini Kambiz Mirkərimi məlumat verərək, İranın ticarət həcminin Rusiya iqtisadiyyatında əhəmiyyətsiz rol oynadığını bildirib.

“Rusiya sərgilərində iştirak təcrübəmə görə, rus iş adamları İranı yaxşı tanımır və biz dünyada İran adı ilə məşhur olan təkcə bir neçə malla tanınırıq”, – deyə Mirkərimi vurğulayıb.

Daha bir ekspert, İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə direktoru Rəhmətullah Xormali ölkəsinin Rusiyaya ixrac etdiyi mallar barədə söyləyib: “İrandan Rusiyaya ixrac edilən əsas məhsullar sırasında ayaqqabı, meyvə, polimer sənayesi və yay məhsulları yer alır”.

Related Articles

Bir cavab yazın

Back to top button