Dünya

Ruslar ən ağır zərbəni müttəfiqlərindən aldı: Ölkədən “qovurlar”

Qazaxıstan hökuməti ölkədə vizasız qalan və müvəqqəti yaşamaq icazəsi olmayan əcnəbilər üçün qaydaları sərtləşdirib.

hökumət “visa run” qaydasını ləğv edib. Bununla bağlı Baş Nazir Əlihan İsmayılov sərəncam imzalayıb. Qərarə görə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin (Rusiya, Belarus, Qırğızıstan və Ermənistan) vətəndaşları hər 6 aydan bir Qazaxıstana gedə biləcəklər. Onlar Qazaxıstanda 90 gün qala bilərlər. Əvvəllər isə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşları üç aydan bir Qazaxıstanı tərk edərək dərhal geri qayıda bilirdi. Bu da onların uzun müddət vizasız Qazaxıstanda qalmalarına imkan verirdi.

Yeni qaydalar Qazaxıstana viza ilə gələn və ölkədə müvəqqəti yaşamaq icazəsi olan əcnəbilərə şamil edilməyəcək. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra rusların ən çox axın etdiyi ölkələrdən biri də Qazaxıstan idi. Rusiya prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik elan etməsindən sonra Qazaxıstana 400 min Rusiya vətəndaşı gəlib və onlardan 150 mini hələ də ölkədədir.(Metbuat.az)

Related Articles

Bir cavab yazın

Back to top button