İran

İranın Sistan-Bəlucistan əyalətində daha 3 məhkum dara çəkilib

İranın Sistan-Bəlucistan əyalətinin Zabol və Zahidan şəhərlərində daha 3 məhkum edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhkumlardan ikisi, evli və 40 yaşlı Camaləddin Qorqic bu gün səhər saatlarında Zabol, evli və 34 yaşlı məhkum Pərviz Əkbəri isə Zahidan şəhərinin zindanında dara çəkilib.

Yayılan məlumata görə, bu gün Zahidan zindanında altı uşaq atası olan Əbdülhəmid Səmalzehi Kurni (İdris Qomşadzehi) adlı 40 yaşlı daha bir məhkum dar ağacından asılmaqla edam edilib. Məhkumun konkret hansı ittihama görə edam edildiyi açıqlanmayıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button