“Aznews tv” xəbər verir ki, bunu İranda yaşayan tədqiqatçı və sosioloq Səid Mədəni deyib. O bildirib ki, İranda orta təbəqə vətəndaşlar etirazçılar və aşağı təbəqəlar arasında qeyri-zorakılıq mədəniyyətini yaymağa nail olublar. Onun fikrincə, zorakılıqdan qaçmaq İranda etiraz hərəkatlarının şüurlu seçimidir və bu da onların uzunömürlülüyünü və uğur şansını artırır.
O, sonda qeyd edib ki, İranda dini ziyarətgahın həyətində üç din xadiminə edilən hücum bir daha bəzilərinin diqqətini ölkədəki zorakılıq məsələsinə çəkib. Lakin baxmayaraq ki, hökumət rəsmiləri birtərəfli xəbər yayaraq, hadisəni sünni fundamentalistinin dini düşmənçiliyi ilə əlaqələndirməyə çalışdılar. Onlar məsələnin əsas tərəfini, yəni cəmiyyətdəki zorakılıq və qəzəb sosial fenomeninin dərinliyini və əhatə dairəsini həmişəki kimi kənara qoydular.