İran

Səid Sultani Təbrizin mərkəzi zindanına köçürülüb

Azərbaycanlı siyasi və mədəni fəal Səid Sultani dekabrın 2-də Təbrizin İttilaat İdarəsinin baazdaştqahında iki aylıq dindirilmədən sonra Təbrizin mərkəzi zindanının qərəntinə bəndinə köçürülüb. Belə ki, Səid Sultani üçün təyin edilmiş vəsiqənin məbləği hələlik bəlli deyil.
Təbrizdə tutulan başqa bir fəal Babək Kiumərsi də dekabrın 1-də Təbriz zindanına aparılıb. Azərbaycanlı fəallar ilkin mərhələdə “ölkənin müxalif zəmiyyətlərinə üzv olmaq” maddəsi ilə ittiham olunublar.
Bildirək ki, Səid Sultani və Babək Kiumərsi 4 oktyabr Şərqi Azərbaycanın Culfa şəhərində İranın əmniyyət məmurları tərəfindən tutuqlanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button