İran

Səid Sultani və Babək Kiyumərsi barədə məlumat yoxdur

Qarabağa dəstək mitinqində tutuqlanan iki azərbaycanlı fəal barədə heç bir məlumat verilmir. Belə ki, oktobrın 4-də İranın əmniyyət qüvvələri tərəfindən tutuqlanan Şərqi Azərbaycan ustanının Culfa şəhər sakinləri, azərbaycanlı mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi ilə ilgili heç bir bilgi verilmir.
İlkin ehtimallara görə, əmniyyət orqanlarının həmkarları qeyd olunan tarixdə Babək Kiyumərsini və Səid Sultanini iş yerində həbs edib və onları Təbrizin İttilaat İdarəsinə aparıblar.
Fəalları tutuqladıqdan sonra, əmniyyət qüvvələri onların evlərində axtarış apararaq maşınlarını, mobayl telefonlarını, kitablarını və ləptablarını özləri ilə götürüblər.
Əmniyyət orqanları, habelə azərbaycanlı fəalların ailələrinə onların həbs xəbərini yaymamaq üçün ciddi basqı edirlər.
Qeyd edək ki, milli fəallar bu ilin oktobırında Güney Azərbaycan şəhərlərində Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən nümayişdə iştirak ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button