Dünyaİran

“Şər qüvvələrin yanında durmayın”-Zelenski İran xalqına müraciət etdi

Volodimir Zelenski İran xalqına müraciət edərək işağlçı rus ordusuna PUA-lar verən Tehran hakimiyyətinə təsir etməyə çağırıb.

“Ey İran xalqı, Rusiya hər yerdə artilleriya, raket və dronlarla, eləcə də əlində olan və Tehran hökumətinin Rusiyaya verdiyi hər şeylə hücum edir.

Əminəm ki, siz tarixin doğru tərəfində durmağı seçəcək və şər qüvvələrin yanında olmaqdan imtina edəcəksiz”,-Zelenski yaydığı video-müraciətdə belə deyib.

Dövlət başçısı müharibə başlayandan bu günə kimi Rusiyanın Ukraynaya qarşı İran istehsalı olan 1160 “Şahid” pilotsuz hücum təyyarəsindən istifadə etdiyini və Ukraynanın onlardan 900-ü sıradan çıxardığını söyləyib.

“Nə qədər ki, İranın şahid pilotsuz təyyarələri hər gecə Ukraynanı hədəf alır, bu o deməkdir ki, İran xalqı getdikcə daha çox tarixin qaranlıq tərəfinə doğru sürüklənir.

Rusiya İranın silahlarından istifadə edərək cinayət törədirsə, İranın aqibəti necə olacaq?

İran PUA-larının Ukrayna xalqına hücumu Tehran, Şiraz, Saqqız və İranın digər şəhərlərinin əhalisinə beynəlxalq təcrid və daha ağır problemlərdən başqa heç nə gətirməyəcək”-Volodimir Zelenski vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button