İran

Şərqi̇ Azərbaycan vi̇layəti̇ndə əczaçılıq problemləri̇ i̇lə bağlı i̇clas keçi̇ri̇li̇b

Şərqi Azərbaycan ustandarı əczaçılıq müşküllərindən söz açıb. Məhəmməd Riza Purməhəmmədi bildirib ki, ustanın 5 dərmandüzəltmə karxanasındakı problemlər qısa zamanda öz həllini tapacaq. Məsələ ilə bağlı Müqavimət İqtisadı adlı toplantıda məlumat verilib. Toplantıda dərmandüzəltmənin gəlişməsinə təsir edən əsas amillərin və müşküllərin həlli ilə ilgili fikir mübadiləsi aparılıb. Hazırda ustanda fəaliyyət göstərən dərmandüzəltmə karxanaları ümumilikdə 4500 ton dərman hazırlayır. Burada çalışan işçilərin sayı isə 1887 nəfərdir. Sözügedən sahənin gəlişməsi məqsədilə tədbirlər planının hazırlanacağı vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button