İran

Şərqi Azərbaycanda sərnişindaşımaların sayı açıqlanıb

25 isfənd-15 fərvərdin tarixləri arasında Culfayla Norduz gömrüklərindən 5 min 904 müsafir lə 6 min 863 dəstqah yük maşını keçib. Bunu Şərqi Azərbaycan vilayətinin Dövlət Yol və Nəqliyyatı Baş İdarəsinin başqanı bildirib. Orucəli Əlizadənin sözlərinə görə, sözügedən dövrdə Şərqi Azərbaycanın ümumi musafirdaşıma navqanı sağlıq qaydalarına uyğun olaraq 188 min musafir daşıyıb. Qurum məsulu bildirib ki, müsafirdaşıma 24 min 800 otobus, minibus və minik maşınla həyata keçirilib. 25 isfənd-15 fərvərdin tarixlərində əyalətin çeşidli yollarında 13 milyon 908 min maşının hərəkəti səbt edilib. Bu da ötən ilin eyni dövrü ilə ölçüdə yüzdə 94 artım deməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button