İran

Sədullah Sasani və Rəhim Sasaninin məhkəməsinin vaxtı bəlli olub

Təbrizdə yaşayan azərbaycanlı mədəni fəallar Sədullah Sasani və Rəhim Sasani elektron bildirişlə Təbrizin ikinci Cinayət Məhkəməsinin 112 saylı şöbəsinə çağırılıblar. Bildirişə görə, fəallar onlara qarşı sürülən ittihamlara baxılması üçün 9 janviyə 2021-ci il saat 09:00-da məhkəməyə gəlməlidirlər. Qeyd edək ki, fəallara qarşı “qanunsuz toplanışlarda iştirak etməklə ictimai nəzmi pozmaq” və “intizami orqanların əməkdaşlarına qarşı itaətsizlik” ittihamı irəli sürülüb. Bildirək ki, Rəhim Sasani və Sədullah Sasani culayın 16-da Təbrizdə Azərbaycan Konsulluğunun qarşısında saxlanılıblar. İttilaat İdarəsində iki həftə davam edən dindirmədən sonra culayın 29-da məhkəmə başa çatana qədər 100 milyon tümən vəsiqə qarşılığında azad ediliblər. Sədullah Sasani 1 oktobr 2020-ci ildə Təbriz şəhərində keçirilmiş oxşar etiraz mitinqində yenidən tutuqlanıb. 11 gün sonra müvəqqəti olaraq 100 milyon tümən vəsiqə qarşılığında azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button