Azərbaycanİran

Səhənd Nurməhəmmədzadəyə qarşı yeni ittihamlar irəli sürülüb

Son etiraz aksiyalarının məhbuslarından olan Səhənd Nurməhəmmədzadə həbsxanada işgəncələrə məruz qaldığını üzə çıxardıqdan sonra “yalan yaymaq” və “toplumsal rəyi təhrik etmək” ittihamı ilə Rəcai Şəhr həbsxanasının təkadamlıq kamerasına köçürülüb.

Yeni ittihamlar 2023-cü il 31 Martda BBC Fars televiziyasına həbs zamanı işgəncələrlə bağlı verdiyi müsahibədən sonra irəli sürülüb.Səhənd Nurməhəmmədzadə bu müsahibəsində onun məhkəməsinin cəmi 7 dəqiqə davam etdiyini və həbsinin bütün mərhələlərində və həbsxanada işgəncə və yalandan edam edildiyini açıqlamışdı.

Səhənd Nurməhəmmədzadənin seçilmiş vəkili Hamed Əhmədi Emtedad saytına bildirib ki, müvəkkili təkadamlıq kameraya köçürüləndən bəri ondan xəbər almayıb və Rəcaişəhr həbsxanasının rəhbərliyi Səhədin ailəsi və ya vəkili ilə görüşməsinə mane olub.

Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də “Əşrəfi İsfahani” otoyolunda, “Tiraje” ticarət mərkəzinin qarşısında keçirilən ümumi etirazlar zamanı həbs edildi və 3 Dekabrda vəkili müharibə ittihamı ilə ona edam hökmü haqqında məlumat verdi.

1996-cı ildə anadan olmuş Səhənd Nurməhəmmədzadə Əlborz əyalətində bodibildinq üzrə gənclər kateqoriyasında çempion olmuş və Doğu Azərbaycan əyalətində eyni idman yarışlarında üçüncü yeri tutmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button