İran

Səhənd yaylağından təsərrüfat məqsədli istifadə qadağan edilib

Şərqi və Qərbi Azərbaycan əyalətlərinin elatına bu ilin xordad ayının ikinci yarısınadək Səhənd yaylaqlarına keçmək qadağan edilib. Məsələ ilə bağlı Marağanın Təbiət Qaynaqları və Su-Qoruma İdarəsinin rəisi Nasir Şükri məlumat verib. İdarə məsulunun açlqlamasına görə, sözügedən ərazidən heyvandarlıq və əkinçilik məqsədləri üçün istifadəsi məhdudlaşdırılıb. Qanuna məhəl qoymayan elatın otarma pərvanələrinin etibardan salınacağı vurğulanıb. Nasir Şükri yağıntı miqdarının azlığı ilə ilgili olaraq qışlaq bölgələrdə yem qıtlığının yaşandığını açıqlayıb. Onun sözlərinə görə, yaylaqdan otlaq sahəsi kimi istifadənin qadağan edilməsi də bununla bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button