İran

Səhər Təbər həbs cəzasına məhkum edilib

Tehranda yaşayan və “Instagram”da 480 mindən çox izləyicisi olan 19 yaşlı Səhər Təbər 10 il həbs cəzası alıb. Belə ki, o, 5 oktyabr 2019-cu ildə tutulub. İranlı jurnalist Məsih Əlinejad sosial media hesabında onun 10 il həbs cəzasına məhkum olduğunu elan edib. Jurnalist Səhər Təbərin sərbəst buraxılması üçün petisiya başladıb. Məsələ ilə bağlı İran mətbuatı da məlumat yayıb. Bildirilib ki, o, küfr, zorakılığa təhrik, uyğun olmayan gəlir qazanma vasitələri və gəncləri korrupsiyaya təhrik etməkdə təqsirləndirilir.
Qeyd edək ki, Səhər Təbər Amerika aktrisası Ancelina Coliyə bənzəmək üçün plastik əməliyyat keçirmədiyini, fotolarını düzəltdiyini və makiyaj edərək bu görünüşdə olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button