Site icon Aznews TV

Səid Sultani və Babək Kiyumərsi Təbriz məhkəməsinə çağırılıblar

Güney azərbaycanlı milli fəallar Səid Sultani ilə Babək Kiyumərsi Təbrizin İnqilab Məhkəməsinə çağırılıblar. Culfa şəhərində yaşayan fəallara göndərilmiş bildirişlərdə onların xordadın 3-ü saat 09:30-da Təbrizin İnqilab Məhkəməsinə çağırıldıqları qeyd olunub. Onların pərvəndəsinə qazi Fəthnijadın rəisliyi ilə 3 saylı şöbədə baxılacaq.
Bildirək ki, güney azərbaycanlı milli-mədəni fəallar keçən il mehrin 13-də İranın Ermənistana yardım göndərməsinə etiraz edərək, “Norduz” mərzinin bağlanmasını istəyiblər. Bu etirazdan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində tutuqlanıblar.
Səid Sultani ilə Babək Kiyumərsi ötən il azərin 12-də dindirmə prosesinin sonunda İran İttilaat Baxanlığının Təbrizdəki baazdaştqahından Təbriz mərkəzi zindanının qərəntinə bölməsinə köçürülüblər. Fəallar barəsində ” müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb. Onlar azərin 3-də 500 milyon tümən vəsiqə qarşılığında araşdırmalar başa çatana qədər müvəqqəti azad ediliblər.

Exit mobile version