İran

Səid Xətibzadə: “Ermənistanla sərhədimiz bağlanmayacaq”

İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə barış planından sonra İranın Ermənistanla mərzinin bağlanması barədə yayılan son bilgiləri təkzib edib. Vəzirlik rəsmisi bildirib ki, İranın Ermənistanla mərzi qalmaqda davam edəcək.
Onun sözlərinə görə, İran yeni yollar və dəhlizlərin yaradılması ilə bağlı danışıqlarda iştirak etməlidir.
“Fikrimizcə, adi bir tranzit yolunun yaradılması nəzərdə tutulur. Onunla bağlı ayrıntılar və əmniyyət məsələləri müzakirə edilməlidir. Bizim bölgə ölkələrinin paytaxtlarındakı təmsilçilərimiz məsələni sayıqlıqla və diqqətlə izləyirlər”, – deyə Səid Xətibzadə diqqətə çatdırıb.
Qeyd edək ki, 10 novambrda Azərbaycan, Ermənistan və Rusiya atəşkəs anlaşması imzalayaraq, Dağlıq Qarabağ bölgəsindəki savaşa son qoyublar

Related Articles

Bir cavab yazın

Back to top button