Azərbaycan

Səid Xətibzadə: “Nümayəndə heyətimiz Ciddədə İslam Əməkdaşlıq Təşkilatındakl fəaliyyətini bərpa edib”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mediaya açıqlamasında Tehranın 3 nümayəndəsinin Ciddədə İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətinə qayıtmasından xəbər verib.

Xətibzadə deyib ki, son günlər Səudiyyə Ərəbistanının vizasını alan 3 İran nümayəndəsi Ciddə şəhərinə yollanaraq İslam Əməkdaşlıq Şurasında İran nümayəndəliyini yenidən açıblar.

“Hazırda biz Səudiyyə Ərəbistanında öz səfirliyimizi açmağa hazırıq. Hesab edirik ki, rəsmi Ər-Riyad da İandakı səfirliyinə baxış keçirmək üçün öz nümayəndə heyətini Tehrana göndərə bilər”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə hər iki ölkənin 6 il fasilədən sonra diplomatik əlaqələrini normallaşdırmaq üçün İraq hökumətinin vasitəçili ilə Bağdadda apardıqları danışıqların konkret nəticə verib-vermədiyini açıqlamayıb.

Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ilə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu axund “Şeyx Nəmər Baqir əl-Nəmər”in edam olunmasının ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluq binasının yandırılmasından sonra kəsilib.

Related Articles

Bir cavab yazın

Back to top button