Dünya

Səkkiz ölkə ayda tədqiqatlar aparacaq

Amerika, Avstraliya, Kanada, Japon, Luksemburq, İtaliya, Böyük Britaniya, İmarat ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb. Proqram çərçivəsində Aya tədqiqat robotları və fəzanəvərd, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur. “Artemis müqaviləsi”nin yekun sənədində Ayda mədənçilik fəaliyyəti, Ay səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub.
İmzalama mərasimindən əvvəl mətbuatla görüşü zamanı NASA rəhbəri Cim Braydenstayn, başlıca hədəflərinin Ay tədqiqatlarına dair hər kəsi vahid platformda toplamaq, habelə bununla bağlı gələcəkdə anlaşmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış qaydalarını bərqərar etməyə çalışırıq”,-deyə o, bildirib.
“Artemis müqaviləsi”nə maraq göstərən daha bir sıra ölkə ilə danışıqlar aparıldığı, bu ölkələr arasında fəza tədqiqatları sahəsində liderlərdən olan Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button