Azərbaycan

Səlcuq Bayraqdar Azərbaycana səfər edib

“Bayraktar TB2” pəhpadının yaradıcısı, “Baykar Savunma” şirkətinin tekniki müdiri Səlcuq Bayraqdar Azərbaycana səfər edib. Bu barədə Səlcuq Bayraqdar özünün sosial şəbəkə hesablarında bilgi verib. Səlcuq Bayraqdar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdiyini bildirib. O, Azərbaycan – Türkiyə qardaşlığını özəl olaraq vurğulayıb və səfərindən fotoları paylaşıb.
“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, azərbaycanlı və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, – deyə Səlcuq Bayraqdar paylaşımında qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button