Azərbaycan

Sərdəştin onlarla kəndində su qıtlığı yaranıb

Sərdəştin onlarla kəndində su qıtlığı yaranıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin fərmandarı Loqman Xosropur mediaya verdiyi açıqlamada bildirib.

Əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı və Sərdəştin İran parlamentindəki nümayəndəsinin iştirakı ilə keçirilən toplantıda fərmandar hal-hazırda 100 kənddə içməli su problem yaşandığını deyib.

“Yağıntıların azalması və havaların istiləşməsini nəzərə alaraq qarşıdakı aylarda susuz kəndlərin sayının daha da çoxalacağı və böhranın dərinləşəcəyini deyə bilərəm”-deyə, Loqman Xosropur bildirib.

Problemin həlli ilə bağlı 58 milyard tümən vəsaitin ayrılmasının nəzərdə tutulduğunu deyən fərmandar, bunun bu günə kimi ödənilmədiyini və ödənilməyəcəyi riskinin yüksək olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button