Azərbaycanİran

Şərqi Azərbaycan əhalisinin 25%-i qeyri-standart evlərdə yaşayır

Şərqi Azərbaycan şəhərlərində olan əhalinin 25%-i qeyri-standart və yaşayışa uyğun olmayan evlərdə yaşayır.

Bu barədə Şərqi Azərbaycan valisinin sosial və mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Əsədullahi açıqlama verib.

Bununla yanaşı Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin başçısının yollar və şəhərsalma üzrə müavini Mehdi Əshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və qeyri-standart yaşayış yerlərinin olduğunu bildirib.

Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma İdarəsinin başçısı Əmir Bəxşi nazir müavininin dediklərini təsdiq edib və bildirib ki, Təbrizdə 693 min nəfər 3300 hektar ərazidə yerləşən  210 min qeyri-standart və köhnəlmış binalarda  yaşayır.

Qeyd edək ki, bir müddət öncə Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin başçısının yollar və şəhərsalma üzrə müavini Mehdi Əshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və qeyri-standart yaşayış yerlərinin olduğunu, bu tikililərdə 1 milyon 510 minə yaxın insanın yaşadığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button