İran

Şərqi Azərbaycan əyaləti yüksək təvərrümə görə İranda altıncı yerdədir

Ələsgər Abbaszadə bu yalətdə təvərrümün yüzdə 50-ni keçdiyini, bunun dövlətin pul və maliyyə siyasəti nəticəsində baş verdiyini açıqlayıb.

Şərqi Azərbaycan əyalətinin İqtisadiyyat və Maliyyə Baş İdarəsinin rəisi bu əyalətin ölkədə yüksək təvərrüm həddinə sahib əyalətlər arasında altıncı sırada yer aldığını deyib.

Ələsgər Abbaszadə bu yalətdə təvərrümün yüzdə 50-ni keçdiyini, bunun dövlətin pul və maliyyə siyasəti nəticəsində baş verdiyini açıqlayıb.

“Mehr” xəbər ajansı xəbər verir ki, Abbaszadə aban ayının 10-da verdiyi açıqlamasında “Şərqi Azərbaycan mərz əyaləti olduğu üçün ilin birinci yarısında bura alış üçün səfərlərin sayı və mal tədarükü artır. Təkliflə tələb (عرضه و تقاضا) arasında uçurum yaranır və nəticədə təvərrüm, malların qiymətlərinin artması qaçılmaz olur”-deyə, o, problemin əsas səbəbini söyləməkdən yayınıb.

Beləliklə onun Şərqi Azərbaycan əyalətində təvərrümün yüksək olması ilə bağlı göstərdiyi səbəblər əsaslı sayılmır.

Bundan öncə, oktyabr ayının əvvəlində İranın Amar Mərkəzinin yaydığı məlumatda, ölkədə 20 əyalətin əhalisinin yaşayış göstəricilərinə görə səfalət həddində yaşadığı bildirilib.

Mərkəzin hesablamalarına görə, İranın yalnız 8 əyaləti səfalət göstəricisi baxımından yüzdə 60-dan yuxarıda yer alır və səfalət göstəricisinə şamil edilmir.

Bu hesablamada Şərqi Azərbaycan əyaləti 58.6 göstərici ilə səfalət içində yaşayan əyalətlər sırasında yer alıb.

İranın Amar Mərkəzinin son hesablamalarına əsasən, sentyabr ayının sonunda təvərrüm yüzdə 45.8, işsizlik nisbəti isə yüzdə 9,6-ya çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button