Azərbaycan

Şərqi Azərbaycan vilayətində məhdudiyyətlərlə bağlı son vəziyyət

Şərqi Azərbaycanda Korona ilə Mübarizə Sitadının sözçüsü Əlyar Rastqu məhdudiyyətlərlə bağlı sitadın qərarlarına aydınlıq gətirib. Onun sözlərinə görə,
ilgili durum qırmızı, narıncı və sarı olaraq qiymətləndirilib. Bu səbəbdən də hər bölgə üzrə məhdudiyyətlər ümumi vəziyyətə müvafiq şəkildə tətbiq edilir. Hazırda Şərqi Azərbaycanın yalnız 3 şəhristanında vəziyyət qənaətbəxşdir. Əlyar Rastqu məhduddiyyətlərin tətbiq oluduğu müddətdə danişqahların, mədrəsələrin və özəl müəssisələrin bağlı olacağını açıqlayıb.
Rəsmi məlumata əsasən, durumu qırmızı olan şəhərlərdə ancaq birinci qrupa daxil olan iş yerləri, sarı vəziyyətdə olan şəhərlərdə isə birinci, ikici və üçüncü qrup iş yerləri fəaliyyət göstərəcək.
Əlyar Rastqu, habelə vurğulayıb ki, vəziyyətləri qırmızı olan şəhristanlarda şəxsi maşınların gecə saat 21-dən səhər saat 4-dək hərəkəti qadağandır. Müvafiq qanunun icrasını riayət etməyən vətəndaşlar 200 min tümən məbləğində cərimə olunacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button