İran

Şərqi Azərbaycan vilayətində yeraltı suların həcmi azalıb

Şərqi Azərbaycanda yeraltı suların həcmində azalma görünür. Məsələ ilə bağlı Şərqi Azərbaycanın Bölgə Su Şirkətinin amil müdiri Yusif Qaffarzadə açıqlama verib. Şirkət rəsmisi Su Azlığına Uyğunlaşma Sənədinin təsvib olunduğunu vurğulayaraq ustanda yeraltı suların həcmində 1 milyard 239 milyon mükəəb-metr azalmanın qeydə alındığını bildirib. Yusif Qaffarzadənin sözlərinə görə, Şərqi Azərbaycanın yeraltı sularında azalma il üzrə ortalama 33 milyon mükəəb-metr, göllər və gölməçələrdə isə 640 milyon mükəəb-metrdir.
Bildirilib ki, Su Azlığına Uyğunlaşma Sənədinin Əyalətdə icrası su mənbələrinin qorunmasına, sudan istifadə qaydasının yüksəldilməsinə, eləcə də suyun təmini və məsrəfi üzrə alt-quruluşların yaxşılaşdırılmasına xidmət edir.
Qeyd edək ki, 1388-ci il üzrə amara əsasən, bölgədə istər içməli, istərsə də suvarma işləri üzrə istifadədə 2 milyard 142 milyon mükəəb-metr su məsrəf olunub.

Related Articles

Bir cavab yazın

Back to top button