Azərbaycanİran

Şərqi Azərbaycan xəstəxanaları qəzali vəziyyətdədir

Şərqi Azərbaycan əyalətində mövcud olan xəstəxanaların 70 faizinin tilikmə tarixi 60 ildən çoxdur.

Bu barədə Təbrizin Tibb Elmləri Universitetinin nümayəndəsi Əli Cənnəti xəbərdarlıq edib.

O, deyib ki, xəstəxanalar köhnə olduqlarına görə onların baş verəcək zəlzələ qarşısında uçmaq ehtimalları yüksəkdir.

Cənnəti 1979-cu ildən sonra Təbrizdə yalnız bir xəstəxananın dövlət tərəfindən inşa edildiyini deyib.

“700 çarpayılıq uşaq  və xərçəng xəstələri üçün inşa edilən xəstəxanalar yerli xeyriyyəçilərin vəsaiti hesabına tikilib”,- Cənnəti bildirib.

Qeyd edək ki, Güney Azərbaycan əyalətlərində bir çox sahələrə, o cümlədən təhsil və səhiyyə sahəsinə yetərincə büdcə ayrılmır.

Azərbaycan bölgələrində təhsil və tibb ocaqlarının tikintisi və texiki təchizatının təminatı əsasən yerli xeyriyyəçilərin vəsaiti hesabına həyata keçirilir.

Neçə ilərdir ki, yerli məsul şəxslər əhalinin müraciətlərinə cavab olaraq,  vəsaitin olmadığını və mərkəzdən büdcə ayrılmadığını deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button