İran

Şərqi Azərbaycanda böyrək xəstələrinin dərman problemi

Böyrək köçürülməsindən sonra lazım olan dərmanlar təhrim olunmuş elementlər sırasında deyil. Amma böyrək köçürülən mərizlər aylardır ki, gündəlik ehtiyacları olan dərmanı qapı-qapı axtarırlar.
Böyrək köçürülmüş 35 yaşlı qadın mərizlərdən biri bu müşküllə bağlı danışıb: “Bu ilin əvvəllindən bizə lazım olan dərmanlar demək olar ki tapılmır. Hansı qapıya gedirik ancaq bir neçə ədəd dərman əldə edə bilirik. Mən gündəlik 3 mayfortik həbi istifadə etməliyəm. Həkimim deyib ki, bu dərmanı atmasam durumum ağırlaşa bilər”.
Təbrizdə özəl dərmanlar verən mərkəzlərin birinin qarşısında duran 50 yaşındakı kişi bildirib: “Bizə nüsxələri 2 aydan bir yazırlar. Davaxanalar bir neçə aydır deyirlər ki, selsept dərmanı azalıb. İndi 1 ay üçün dərman verə bilmirlər. Ancaq 10 gün üçün dərman veriblər”.
Başqa bir davaxananın qarşısında gözləyən qadın isə qeyd edir ki, qarşıdakı aylarda mayfortik dərmanı olmayacaq. İndi həkim onun yerinə soprimon yazıb. Bunu da çətinliklə tapılır.
Şərqi Azərbaycan Böyrək Mərizlərini Himayə Xeyriyyə Əncümənin amil müdiri Firuzi durumla ilgili açıqlama verib: “ Təbriz şəhərinin özündə 1500 nəfər böyrək dərmanı müşkülünə tuş gəlib. Onlar dərmanlarını tapa bilmədikləri üçün işləyə bilmirlər. Böyrək köçürmə xərci isə əvvəllər 50-100 milyon tümən idi. İndi 200 milyon tüməni aşıb”. Böyrək üzrə yüksək mütəxəssis doktor Təyyibi Xısroşahinin sözlərinə görə, özəl dərmanlar istifadə olunmasa, həmin şəxs ölüm təhlükəsinə tuş gələ bilər. Mayfortik və selsept tabletləri böyrək köçürüləndən sonra istifadə olunan iki əsas dərmandır. Məriz ömrünün sonuna kimi bu dərmanları istifadə etməlidir.
Doktor Səidian isə bildirir ki, orqan köçürmələri üzrə dərmanlar on illərdir ki, əsas Suis brandı ilə satışa çıxarılır. Başqa növ daxili və xarici dərmanlar olsa da, mərizlər dərmanlarını dəyişməyə razılaşmırlar.
İranda böyrək köçürülmüş mərizlərin müşkülü bütün əyalətlərdə var.
Böyrək köçürülən mərizlərin nümayəndələri ötən həftə Təbrizin Tibb Elmləri Danişqahının dərman məsələləri üzrə müdiri ilə görüşüblər. Nümayəndələrdən biri olan Firuzi bildirib ki, heç bir nəticə alınmadı və yenə də gözləməli olduq.
Urmunun Tibb Elmləri Danişqahının qəza və dərman işləri üzrə müavini qeyd edib ki, böyrək köçürülmüş mərizlər üçün xüsusi dərmanların çatmazlığı ölkə üzrə bir müşküldür. Başlıca səbəbi gömrüklərdəki tərxis məsələsidir. Böyrək Mərizlərini Himayə Əncümənin İdarə Heyətinin üzvü Əlmusəvi deyir ki, bir neçə ay qabaq İranda selsept dərmanı tapılmaz olub. Amma Sağlıq Vizarəti və Mərkəzi Bankın həmkarlığı ilə bu dərman bir müddətlik təmin olundu. İndi isə mayfortik dərmanı çatışmır. Böyrək mərizlərinin çoxu isə bu dərmanın təmin olunmayacağı ilə bağlı nigarandırlar. Bildirək ki, mayfortik dərmanının çatışmazlığı murdad ayından bəri yaşanır. Buna baxmayaraq, Sağlıq Vizarətinin sözçüsü doktor Lari heç bir çatışmazlığın olmadığını qeyd edib. Sağlıq Vizarətinin Orqan Köçürmənin İdarəçiliyi Mərkəzinin Orqan Tapma və Köçürmə üzrə İş Qrupunun rəisi Dehqan bildirib ki, ötən günlərdə aparılan müşahidələrə əsasən ölkənin davaxanalarında belə bir dərman yoxdur. Ona görə də böyrək mərizləri mayfortik əvəzinə selsepdən istifadə edə bilərlər. Əlbətdə həmin dərman gətiriləcək.
Böyrək Mərizlərini Himayə Əncümənin İdarə Heyətinin başqa bir üzvü bildirib: “Bizim araşdırmalarımıza görə, mayfortik dərmanının çatışmazlığına səbəb onun varidatı üçün gərəkən ərzin təmin olunmamasıdır. Dərman məhmuləsi üçün hər birinin qiyməti 4200 tümən olmaqla 2 milyon ərz lazımdır. Bu həcmdə ərz təmin olunarsa, böyrək mərizlərinə gərəkən dərman da təmin oluna bilər.
Təbrizdə davaxana müdiri olan İsa deyib ki, dərmanın baha olan Nima ərzi ilə gətirilməsi iqtisadi baxımdan sərf etmir. Həmin ərzlə gətirilmiş dərmanı eyni qiymətlə satışa çıxarmaq mümkün olmur. Ona görə də onun varidatına rəğbət yoxdur. Nəticədə mərizlər üçün dərman çatışmazlığı yaranır. Dərman Varid edənlər Birliyinin rəisi Riyahi isə dərman çatmazlığı barədə bildirib: “Dərmanın varidatı üçün, bizə ötən ilin azər ayının ortalarından heç bir ərz ayrıl

Hədiyyə, [03.12.20 17:37] mayıb. Ancaq istisna hallar üçün ərz ayrılıb. Mərkəzi Bank 8 ay əvvəl bildirib ki, ərzin ayrılması ilə bağlı işlər görüləcək. Amma indiyə kimi heç bir iş görülməyib”.
Qəza və Dərman Sazimanın Dərman İşləri üzrə Baş İdarənin Baş müdiri Məhəmmədi durumla bağlı qeyd edir: “Hazırda ərzin təmini və məbləğin köçürülməsi üzrə vəziyyətimiz yaxşı deyil. Ona görə də dərman təmini müşkülə çevrilib. Biz dərman sahəsinə 1.5 milyard dolar nəzərdə tutmuşuq. Amma indiyə kimi ancaq 800 milyon dolar təmin olunub”.
Qeyd edək ki, böyrək mərizliyi üzrə varid edilmiş dərmanlarla bağlı qara bazarda alış-veriş bolluğu yaşanır. Üzdə isə heç bir dərmanın olmadığı bildirilir. Ancaq gerçəklikdə həmin dərmanların müəyyən həcmi var və başqa yollarla satışa çıxarılır.
Təbrizin xass dərmanların paylanılması mərkəzlərinin birində işləyən Əmin adlı şəxs deyir: “Əsas dərmanlardan savayı, hazırda ölkə üzrə davaxanalarda ATG, Penlantus, Novorapid və Plavix dərmanları da çatışmır”. Onun sözlərinə görə, bir ata gənc qızı üçün qara bazardan dərman ala bilib.
Səid adlı həmin ata bildirib: “Tehranda bütün gizli dərman satanları tanıyıram. Bir nəfər söz verib ki, sabah mənim üçün bir qutu dərman gətirəcək və 3 milyon tümən alacaq. Biz həmin dərmanı Böyrək Mərizlərini Himayə Xeyriyyə Əncümənindən 120 min tümənə alırdıq. Çünki xüsusi dərmanlar üzrə xərclərin yüzdə 90 faizini Bimə İdarəsi ödəyir. Övladım üçün gündəlik 2 ədəd dərman lazımdır. Bu səbəblə 25 gün üçün 3 milyon tümən ödəməli oluruq. Doğrudan da bu vəziyyətlə bilmirəm gələn ay necə çatdıra biləcəyəm?”
Danişqah ustadı və iqtisadçı Rağfər varidat olunan dərmanların necə qara bazara çıxarılması barədə danışıb: “Dərman varidatı üzrə 5 şirkətə hardasa 1 milyard dolar ayrılıb. Amma onlar bu məbləğin bir hissəsini başqa işlərə xərcləyirlər. Ona görə də varidat olunmuş dərmanlar baha satılması üçün qanunsuz bazarlara ötürülür”.
Sağlıq vəziri doktor Nəməki bir müddət əvvəl tvitterdə yazıb ki, çirkli pulların yuyulması, pozuntu və inhisarlıq şəbəkəsi xalqın ehtiyacı olan dərmanları ehtikar edib. Doktor Nəməki bu tviti ilə dərman varidatı üzrə pozuntuların olduğunu bildirib. Dərman varidatı üçün ödənilmiş 1 milyard 300 milyon dolar ərzin taleyi ilə bağlı heç bir xəbər olmadığını vurğulayıb.
Bu vəziyyətdə böyrək mərizləri dərmanlarını dəyişmək məcburiyyətində qalırlar. Həyat yoldaşı üçün dərman almağa çalışan gənc bir kişi bildirib ki, təxminən 9 aydır selsept, mayfortik, hətta onları əvəz edən dərmanlar tapılmır. Proqraf da bu listə daxildir. “Mən 20 gündür doktorun aylıq yazdığı nüsxənin dərmanını axtarıram. Mərizim müxtəlif müşküllərə tuş gəlib. Ona görə də dərmanlarını dəyişə bilməz”.
Təbrizin Tibb Elmləri Danişqahının Dərman İşləri üzrə müdiri doktor Ağacani həmin müşküllə bağlı danışıb: “Əvəzedici dərmanların formulu selsep ilə eynidir. Sadəcə hər bir şirkətin tolid etdiyi dərmanın adı fərqlidir”. Doktor Ağacani böyrək üzrə yüksək mütəxəssis kimi deyir ki, hansısa bir məriz Puprimon kimi xass bir tərkibdən istifadə edəndə onun bədəni başqa əvəzedici dərmanlara uzlaşa bilməyəcək.
Doktor Təyyibi Xısroşahi vurğulayıb ki, həmin mərizlərin dərmanlarının dəyişdirilməsi və selsept məsrəfinə başlamaları mümkün deyil. “Çünki bazarda mövcud olan həcmdə selsept ehtiyacları qarşılaya bilmir. Bu səbəbdən dərman çatışmazlığı var. Mən bir müddət öncə 20 il əvvəl belə mərizlərə yazdığım dərmanı yenidən yazmalı oldum. Heç olmasa həmin dərmanın 1 ay məsrəf üçün tapıldığını bilirəm”,-deyə o, bildirib.
Məlumata görə, bir neçə ildir xarici dərmanların nümunələri ölkə daxilində tolid olunur. Mütəxəssislər isə İranın dərmanalarını mərizlərə yazırlar. Amma məsələ burasındadır ki, ölkənin tolid etdiyi dərmanlar da bazarda tapılmır.
Durumla bağlı Təbriz şəhərinin Zəhravi Dərmandüzlətmə şirkətinə müraciət edilib. Karxananın müdiri və həmin şirkətin idarə heyətinin üzvü doktor Kiafər açıqlama verib: “Orqan köçürülməsi üzrə ölkənin tolid etdiyi 3 əsas qrup dərman, yəni 200 milyon ədəd tablet, kapsul və Soft Jel kimi tolid olunan dərmanların yüzdə 60-ı bazara paylanılır. Düzdür dərman çatmır, amma müşkül budur ki, dərmanların

Hədiyyə, [03.12.20 17:37] baha və özünə məxsus olan maddələri bizə gec çatdırılır. Bu barədə ərz ayrılması müşkülü var. Həmçinin koronavirusa görə xarici uçuşlara məhdudiyyətlər tətbiq olunur. Hər halda bir yol tapacağıq. Amma əsas məsələ ərzin ayrılmasıdır. Bu isə bizim iradəmizin xaricindədir”.
İranın İnsan Dərmanları Sənayesi Sahibləri Sendikasının üzvü Kibriyayizadə deyib: “ Mərkəzi Bankın məlumatına görə, dərmana ayrılmış ərzin bir hissəsini Nima Ərzi Sisteminə köçürüblər. Məsələ isə budur ki, həmin Nima Ərzi də dərman karxanaları üçün ardıcıl təmin olunmur. Ona görə də tolid çərxəsi dayanır. Bir sıra dərman şirkətləri də ərzin təmin olunması üçün 4 ay gözləməli olurlar.
Korona məsələsi də bir yandan böyrək mərizləri üçün əlavə müşkülə çevrilib. Ona görə də böyrək köçürülməsi bir müdətdir azalıb. Böyrək köçürülən şəxslər dərman çatışmazlığına görə nigarandır. Sağlamlıqlarında müşküllər yaşana bilər. Belə olan halda ikinci dəfə böyrək köçürülməsinə bədənləri hazır olmayacaq.
Koronavirus səbəbilə böyrək mərizləri iki qat təhlükə ilə üz-üzədirlər. Soyuq fəsil başlayıb. Böyrək mərizinin yaxınları çox rahatlıqla infeksiyanı onlara keçirə bilərlər”.
Doktor Təyyibi deyir ki, bir neçə məriz koronavirus səbəbindən vəfat edib.
Doktor Ağacaninin sözlərinə görə, bütün ölkə üzrə bu müşküllər var: “Ərzin çatışmaması sadə bir məsələ deyil. Tez bir zamanda həll oluna bilməz. Amma cəhd edəcəyik ki, mümkün qədər əyalətin mərizlərinin həmin dərmanlarla bağlı ehtiyaclarını heç olmaza həll edək. Hər ay təmin edək”. Gerçəklik budur ki, müvəqqəti dərman çatışmazlığı mərizlərin həyatını təhlükəyə atır. Dərmanların vaxtında və kafi təmini həyati bir məsələdir. Məsul şəxslər dərmanların varidatı üçün ərzin təmin olunmasını birinci məsələ səviyyəsinə gətirməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button