Azərbaycan

Şərqi Azərbaycanda səhiyyə sistemində korrupsiya halları-Açıqlama verən tibb işçisinə təzyiq göstərilir

Bu barədə sənədli açıqlamalar verən tibb işçisinə qarşı təzyiq göstərilir.

Şərqi Azərbaycan əyalətinin səhiyyə sistemində mövcud olan korrupsiya və qanunsuz hallar barədə sənədli açıqlamalar verən tibb işçisinə qar.ı təzyiq göstərilir.

Təbriz Tibb Universitetinin rəhbərliyi və səhiyyə sisteminin məsullarının xüsusilə koronovirus pandemiyası dövründə yol verdikləri qanunsuzluqları ifşa edən təbrizli tibb işçisi Lalə Qaffarı ona qarşı qondarma ittihamlarla cinayət işinin açılmasına səy göstərildiyini və həbsi üçün zəmin hazırlandığını deyir.

“Özəlliklə koronovirus pandemiyası dövrü baş verən qanunsuz və özbaşına halların, xəstələrin həyatına biganə yanaşmaların ifşasından sonra mənə qarşı təzyiqlər artıb. Məni sirləri ifşa etməkdə günahlandırır, təkzib verməyimi istəyir və həbsim üçün hazırlıq görürlər. Bu videomüraciəti yaymaqdan məqsədim baş verənləri xalqa çatdırmaq, onların məsələlərdən xəbərdar olmalarına və himayələrinə qazanmaqdır”-deyə, Lalə Qaffari bildirir.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır

Related Articles

Bir cavab yazın

Back to top button