Dünya

İsraildə koronavirus peyvəndinin insan üzərində sınağına başlanılıb

Abanın 11-də İsrailin hazırladığı koronavirus vaksinin insan üzərində ilk sınağına başlanılıb. Sınaq 26 və 34 yaş qrupları arasında aparılıb. Vaksin həmin şəxslərə İsrailin Təl Heşumir bəlgəsində yerləşən Şiba Tibb Mərkəzi və Urşəlimin Eyn Karem nahiyəsindəki Hedasa Danişqahının Tibb Mərkəzində vurulub. Vaksin vurulan könüllülərdən biri Ben Qorion Danişqahının immunoloji doktorluq öyrəncisi bildirib: “Özümü yaxşı hiss edirəm, həyəcanlıyam. Daha çox insanın bu sınağa qoşulmasını təşviq etmək istəyirəm ki, bununla da başqalarına yardımcı olsunlar.” Bildirək ki, “Beri Layf” adı ilə tanınan vaksini İsrailin Biolojik Təhqiqlər Müəssisəsi hazırlayıb. İsrailin baş vəziri Benyamin Natenyahu könüllülərin biri ilə görüşündən sonra deyib: “Koronavirus böhranından gerçək çıxış yolu vaksinin hazırlanmasıdır. Ona görə də bu gün çox önəmli bir gündür. Biz onlara bu və başqa mərhələlərdə uğurlar arzulayırıq. Allahın köməyi ilə biz İsraildə bir vaksin hazırlayacağıq. Bu sınaq böyük bir olaydır. Dünya Sağlıq Sazimanı da İsrailə vaksinin gətirilməsi üçün böyük dərman şirkətləri ilə birlikdə işlər görür”.
Qeyd edək ki, İsrail Amerikanın vaksin hazırlayan Arktorus və Moderna şirkətləri ilə bir müddət əvvəl qərardad bağlayıb. Məlumata əsasən, insan üzərində vaksin sınaqları 3 mərhələdə aparılır. Sonuncu mərhələ gələn il 30 min könüllü arasında aparılması nəzərdə tutulub. Həmin vaksinin hazırlanmasına nəzarət edən İsrailin IIBR ( Ay Ay Bi Ar) Mərkəzinin rəisi Şemuel Şapira bildirib: “Sınaqların üçüncü mərhələsi İsraildən xaricdə baş tutacaq. Amma harada sınanılacağını açıqlanmayıb. Sınaqlar, cəmiyyəti və mərizlərinin sayı çox olan ölkələrdə təşkil ediləcək”.

Related Articles

Bir cavab yazın

Back to top button