İran

ŞƏRQİ AZƏRBAYCANDA YENİDƏN MƏHDUDİYYƏTLƏR QOYULDU

Şərqi Azərbaycan ustanında koronavirusa görə yenidən məhdudiyyətlər qoyuldu. Şərqi Azərbaycan ustandarının siyasi- əmniyət məsələləri üzrə müavini Elyar Rastqu Covid-19-a tutulanların sayının artması səbəbindən korona məhdudiyyətlərinin yenidən icra edildiyini bildirib. İnsanların yas, toy və ailə məclislərinin keçirilməsinin xətərli olmasına əhəmiyət vermədiyinə işarə edən Rastqu öncəki məhdudiyyətlərin yenidən icra ediləcəyini deyib.
“Son aylarda ictimai məhdudiyətlərin icrasına və bu mərizliklə mübarizədə nisbətən məqbul gedişatın yaranmasına baxmayaraq, bir çox insanın behdaşt qaydalarına etinasızlığı və riayət etməməsi virusa tutulma aamaranın gündəlik artımına səbəb oldu -deyə o artırıb.
İranın Behdaşt Vəzirliyinin verdiyi məlumata görə, Covid-19 mərizliyinə tutulanların ümumi sayı 195.051-ə, ölənlərin sayı isə 9.185-ə çatıb. Ölkənin Hormozqan, Xorasane Rəzəvi, Kermanşah, Kürdüstan, Şərqi Azərbaycan və Əl Əhvaz ustanlarında vəziyyət qırmızı elam edilib.

Related Articles

Bir cavab yazın

Back to top button