İran

Şərqi Azərbaycanın 6 şəhərində koronavirusla ilgili məhdudiyyətlər tətbiq olunacaq

Bu gündən başlayaraq Şərqi Azərbaycan ustanının 6 şəhərində koronavirus məhdudiyyətləri icra olunacaq. Sağlıq Vəzirliyindən verilən bilgiyə görə, Şərqi Azərbaycan ustanının Azərşəhr, Culfa, Çarauymaq, Əcəbşir, Marağa və Mərənd şəhərləri koronavirusa görə ölkənin ən böhranlı vəziyyətdə olan şəhərləri sırasındadır. Bu ustanda bu gündən başlayaraq dörd iş qrupu arasından yalnız birinci iş qrupu, yəni urjans və zəruri mallar mağazaları fəaliyyət göstərəcək. Qalan 2, 3 və 4-cü iş qruplarının fəaliyyəti bir həftəlik dayandırılır. Lazım olarsa gələn həftə məhdudiyyətlərin müddəti uzadılacaq. Əgər 2, 3 və 4-cü iş qrupları bazar ertəsindən başlayaraq fəaliyyətinə davam edərsə, hökümət təziratı və intizamı qüvvələr qanun pozuntusuna yol verən əsnafı cərimələyəcək. Habelə həmin mağazalar bağlanılacaq. Qeyd edək ki, 2, 3 və 4-cü iş qruplarının fəaliyyətinin dayandırılması İranın 43 şəhərində icra edilir.

Related Articles

Bir cavab yazın

Back to top button