İran

Şəxsi avtomobillərin Təbrizə giriş-çıxışına məhdudiyyət qoyulub

“Korona ilə Milli Mübarizə Sitadının qərarına əsasən, abanın 12-dən etibarən 4 gün müddətinə şəxsi otomobillərin Təbriz şəhərinə giriş-çıxışına qadağa qoyulur”. Bunu Şərqi Azərbaycan Ustandarının Siyasi-əmniyyət İşləri müavini Əliyar Rastqu deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən, yerli plaklı şəxsi otomobilərin çıxışı, plakları yerli olmayan otomibillərin isə Təbriz şəhərinə girişi qadağandır. Bu tərh cümə günü abanın 16-sı saat 24-də bitəcək.
Əliyar Rastqu qanunu pozanların 500 min tümənlik cərimə olunacaqlarını qeyd edib.
Xatırladaq ki, İranın Daxili İşlər Vizarətinin bildirişinə əsasən, Şərqi Azərbaycan korona baxımdan “qırmızı” vəziyyətdədir. Belə ki, ustanın 11 şəhristanı – Azərşəhr, Culfa, Çaruymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, Şəbüstər, Bünab, Miyana və Təbrizdə vəziyyət riskli olaraq qalır.

Related Articles

Bir cavab yazın

Back to top button