Bu məktubu imzalayanlar UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və Ümumdünya Qırmızı Xaç Cəmiyyətindən İranda tələbələrin zəhərlənməsi məsələsini araşdırmaq üçün müstəqil və ortaq bir komitə yaratmağı tələb ediblər.
BNəktubun müəllifləri adıçəkilən dörd qurumdan bu ardıcıl zəhərlənmələrin mənşəyi ilə bağlı araşdırma aparıb dərhal tədbir görməyi və şagirdlərə təcili və effektiv yardım yollarını araşdırmağı istəyiblər.
Məktubu Nəsrin Sütudə, Əbdülfəttah Sultani, Məhəmməd Oliyayifərd və Səid Dehqan kimi tanınmış şəxslər imzalayıblar.