Dünyaİran

Salman Rüşdiyə hücum edən şəxs İran və SEPAH tərəfdarıdır

Nyu-York polisi avqustun 12-də hücum “Şər ayələri” kitabının müəllifi Salman Rüşdiyə hücum edənin kimliyini açıqlayıb və onun Nyu Cersidən olan 24 yaşı Hadi Mətər olduğunu bildirib.

Məlumatda terrorçunun İrana və İran rəhbərlərinə rəğbətinin olduğu, özünün facebook sosial media hesabında SEPAH və Tehran hökumətinin başçılarını və şiəliyi dəstəkləyən paylaşımlar etdiyi bildirilib.

Onun hesabında Ruhullah Xomeyni, Əli Xameneyi və SEPAH-la bağlı fotoların olduğu qeyd olunub.

Yazıçıya hücum xəbərindən sonra İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri İsmail Qaani çıxış edərək Amerikanın keçmiş prezidenti Donal Tramp və onun xarici işlər naziri Mayk Pompeonu təhdid edib.

“Daha öz evinizdə də təhlükəsizliyiniz olmayacaq, bundan sonra Donald Tramp və Mayk Pompeo da Salman Rüşdi kimi yaşamağ məcbur olacaqlar”-deyə, Qaani onları terrorla hədələyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışı başlamazdan əvvəl hücuma məruz qalıb.

Onun vəziyyətinin ağır olduğu. hal-hazırda süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button