Azərbaycanİran

Salmas şəhərində tarixi nümunələrin qaçaqmalçıları saxlanılıblar

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərinin polis idarəsinin rəisi polkovnik Ramazan Fəthullahi bildirib:

Qaçaqmalçılardan Parfiya dövrünə aid 24 ədəd sikkə, bir kasa və bir tarixi tunc heykəl aşkar edilərək götürülüb. Əsərlər dəyərləndirilməsi üçün Mədəni İrs Təşkilatına verilib“.

Fəthullahi deyib ki, tarixi əsərləri ölkədən çıxarmaq istəyən 3 nəfər saxlanılıb və barələrində cinayət işi açılaraq məhkəmə orqanlarına təhvil verilib.

Qeyd edək ki, Salmas tarixi əşyaları və abidələri ilə Güney Azərbaycanın ən zəngin bölgələrindən biri sayılır və bu səbəbdən bölgə daim yerli və xarici tarixi nümunə qaçaqmalçılarının diqqət mərkəzində olub.

#Salmas

Related Articles

Bir cavab yazın

Back to top button