İran

Savədə insanların geyim tərzinə müdaxilə edən molla döyülüb

Güney Azərbaycanın Savə şəhərində vətəndaşların geyim tərzinə müdaxilə edən molla möhkəm döyülüb və bıçaqlanıb.

Bu barədə Savə şəhərinin prokuroru Əbülhəsən Şərifi açıqlama verib.

Ağır yaralanan molla xəstəxanaya yerləşdirilib, ona hücum edən şəxs isə həbs olunub.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib.

Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button