Site icon Aznews TV

Savədə insanların geyim tərzinə müdaxilə edən molla döyülüb

Bu barədə Savə şəhərinin prokuroru Əbülhəsən Şərifi açıqlama verib.

Ağır yaralanan molla xəstəxanaya yerləşdirilib, ona hücum edən şəxs isə həbs olunub.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib.

Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Exit mobile version