İran

Qulamriza Mərhəba Heyran bölgəsinin mühafizəsindən danışıb

“Heyran bölgəsində dövlətə mənsub məkanların və təbii qaynaqların talanmasına icazə vermərik”.
Bunu Astara vilayəti əhalisinin İslami Şura Məclisindəki nümayəndəsi Qulamriza Mərhəba deyib. Onun sözlərinə görə, Heyran gədiyinin Quş Daşı bölgəsində dövlətə mənsub məkanların, habelə təbii qaynaqların mühafizəsi diqqətdə saxlanılır. Məlumata görə, bu bölgədə qum və çınqılın götürülməsinə mücəvvizlər veriləndən sonra Astara vilayətinin müdiriyyəti buna qarşı çıxıb. Bildirək ki, bir neçə qum və çınqıl kamionu Quş Daşı çevrəsinə ziyan vurub. Qulamriza Mərhəba bu olaya yol verən şəxslərə aidiyyatı üzrə mücəvvizin verilməyəcəyini açıqlayıb. Hazırda baş verənlərlə ilgili Bazrəsi Sazimanı və məhkəmə Qüvvəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Heyranın Quş Daşı bölgəsindəki bulaqlar vasitəsilə yerli sakinlərin içməli su tələbatı təmin edilir.

Related Articles

Bir cavab yazın

Back to top button