Dünya

Pompeo: “Tramp Çini məsuliyyət daşımağa məcbur edib”

Amerikanın birinci xanımı Melaniya Tramp, Amerikanın xarici işlər vəziri Mayk Pompeo və bir sıra siyasətçilər Donald Trampın prezidentliyə namizədliyini dəstəkləyiblər. Onlar bu barədə Cümhuriyyətçilərin Milli Konqrəsinin ikinci günündə çıxış ediblər.
Mayk Pompeo konqrənin ikinci günündə Qüdsdən yaydığı müraciətdə bildirib:
“Prezident Donald Tramp dünyanın müxtəlif nöqtələri ilə bağlı cəsarətli təsmimlər tutub. O, Çin Kommunist Hizbinin iqtisadi təcavüzünü ifşa edib. Beləliklə, Çin virusunun yayılmasına görə, Pekəni məsuliyyət daşımağa məcbur edib”. Amerikanın Xarici İşlər vəziri NATO-nun daha güclü bir mövqeyə sahib olduğunu dilə gətirib. Mayk Pompeo bu məsələdə ölkə başçısının siyasətinin əhəmiyyətini vurğulayıb.
“Ukrayn pədafənd sisteminə sahibdir. Amerika Rusiya təhdidinə qarşı çıxmaq hədəfilə raket tolid etmək üçün zərərli bir razılaşmadan çıxıb”, – deyə o, vurğulayıb.
Mayk Pompeonun fikirlərinə əsasən, Donald Tramp Amerika səfirliyini Tanrı şəhəri və yəhudilərin haqlı paytaxtı Qüdsə köçürüb. Cəmi iki həftə öncə İsraillə İmarat arasında tarixi bir sülh razılaşması yaradıb.

Related Articles

Bir cavab yazın

Back to top button