İran

SEL BİR NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLUB

Dünən Muğanda yağan şiddətli yağışdan sonra gələn sel fəlakəti Germidə bir nəfərin həyatını itirməsinə səbəb olub.
Ərdəbil ustanının böhran müdiriyyəti sazmanının rəisi bildirib ki, Germidə bir nəfər çay qırağında kompresi maşını ilə işləyib. Beləcə, diqqətsizliyi nəticəsində sel fəlakətinin qurbanı olub, yanındakı şəxs isə yaralanıb.
Qeyd edək ki, sel Germi şəhərinin Ənqut bəxşinin Zivə bölgəsində başlayıb. Belə ki, dünən yağan yağışdan sonra meydana gələn sel məntəqədəki kəndlərdə evlərə və bağlara zərər verib.
Sel özəlliklə Biləsuvar məntəqəsində 60 hektar pambıq bağlarına ciddi zərər verib.
Xatırladaq ki, ilin quraqlıq olduğu bu zamanlarda yağan şiddətli yağışlar Ərdəbildə sel fəlakətlərinə yol açır. Özəlliklə meşələrdəki ağaçların düzənsiz kəsilməsi, çayların ətrafında usulsuz tikintilər və yağışların zamanında təxmin edilib əhaliyə xəbər verilməməsi hər il bənzər hadisələrə səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button