Dünya

“SEPAH-a qarşı bütün vasitələrdən istifadə edəcəyik”-Ned Prays

Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yeni təhdidlərinə münasibət bildirib.

O, ölkəsinin SEPAH-ın dağıdıcı fəaliyyətlərinə qarşı bütün vasitələrdən istifadə edəcəklərini deyib.

“Amerikanın bu hərbi təşkilata qarşı mövqeyi birmənalıdır və İrana qarşı tətbiq edilən sanksiyaların çoxunluğu SEPAH-la əlaqəlidir”-deyə, Prays bildirib.

O, SEPAH-ın quru qoşunlarının komandanı Məhəmməd Xakpurun Qasım Süleymaninin qısasının alınması üçün Amerika rəsmilərinin öldürülməsi barədə çıxışını şərh edib.

Bildirib ki,  Amerika bütün vətəndaşlarını, indi və bundan öncə Amerikaya xidmət edən bütün şəxslərin qorunması və müdafiəsi ilə bağlı heç nədən çəkinməyəcək.

“Amerika və müttəfiqləri təhdidlər və təxribatlar qarşısında həmrəydirlər və İran tərəfindən həyata keçirilə biləcək istənilən hücumun qarşısını almaq, ona cavab vermək üçün bütün dünyada və regionda çalışacaqlar”-deyə, Xarici İşlər Nazirliyinin sözçüs qeyd edib.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb. Ancaq bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button