Dünya

Kohen: “Bayden Amerikanın İranla bağlı siyasətini davam etdirməlidir”

“Obama səkkiz illik rəhbərliyi dövründə bölgədə heç bir siyasi uğur əldə etməyib. Ancaq bununla müqayisədə, prezident Trampın dörd illik hakimiyyəti dövründə İrana qarşı qəti addımlar atılıb”. Bu fikirləri İsrailin Mossad təşkilatının rəsisi Yossi Kohen “I-24news” telekanalına müsahibəsində səsləndirib.

O, Baydenə xitabən bildirib: “Bölgədə əmniyətin qorunmasını və sülh anlaşmalarının daha da gəlişdirilməsini istəyirsinizsə, Amerikanın İrana qarşı siyasətinin davam etdirilməsi gərəkdir”. Kohen İranın Lubnan, Suriyə və Yəmən kimi bölgə ölkələrinə müdaxiləsinə, habelə öz vətəndaşlarının insan haqlarını pozmasına toxunaraq qeyd edib: “İran hara gedirsə, orada xalq iztirab və əziyyət çəkir. Amerikanın siyasəti davam edərsə, şübhəsiz, biz daha çox sülh razılaşmaslarını görəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button