İran

İranlı aktrisalara qarşı təzyiqlər davam edir: Hingamə Qaziyani prokurorluğa çağırılıb

İslam Respublikasının məhkəmə və təhlükəsizlik aparatının İran kinosunun qadın aktyorlarına qarşı təzyiqlərinin davamında Hingamə Qaziyani də mədəniyyət və media prokurorluğuna çağırılıb.

O, İnstagram-da “yalan yaymaq” və “rejim əleyhinə təbliğat”da ittiham olunur.

Qeyd edək ki, Kino Təşkilatının direktor müavini Həbib İlbeygi ümummilli etirazlara dəstək olaraq hicabını çıxaran qadın aktyorlara qarşı hökumətin təhdidlərini təkrar edərək, onların yeni filmdə rol ala bilməyəcəklərini bildirib.

İlbeygi “hicab taxmayan” aktyorlara istinad edərək deyib: “Onlar üçün mövcud olan məhdudiyyətlər səbəbindən filmlərdə rol ala bilmirlər. Filmlərin sahibləri əziyyət çəkməsin deyə onların əvvəlki əsərləri tədricən buraxılır. Çünki çoxlu kapital xərclənib. Amma bundan sonra yeni filmdə oynaya bilməzlər”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button