İkinci briqada generalı olan Kərəmi, 2019-cu ildə SEPAH-ın quru qoşunlarının Qüds qərargahının komandiri vəzifəsində çalışıb.
Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən sonra İranda SEPAH komandirlərinin vəzifələrə təyinatı artıb. Məhəmməd Kərəminin Sistan və Bəluçistana vali təyin edilməsi gərginliyin hökm sürdüyü, etiraz aksiyalarında 130-a yaxın etirazçının öldürüldüyü əyalətdə bir növ hərbi rejimin elam edilməsi kimi dəyərləndirilir.